TWINING logo

02 Sentyabr 2014 / Tvinninq xəbərləri

Məkan: SMPDK

29 Sentyabr tarixindən 3 Oktyabr tarixinədək Britaniyalı ekspert cənab David Norris Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Xidmətində işləyərək,Beynəlxalq və Avropa standartlarının SMPDK –nın qaydaları əsasında Azərbaycanda istifadə olunması,habelə  standartların satışına dair tövsiyələr vermiş, treninqlər keçirmişdir.  

Beynəlxalq və Avropa Standartlarının istifadəsi  Aİ və DTT nöqteyi nəzərindən təcrübələrin və məhsulların yenilənməsi  zərurətidir, belə ki bu, sahibkarlara daha geniş bazarlara çıxışı təmin edən məhsulların təkmilləşdirməsinə imkan verir.Avropa Yanaşması  ümumilikdə,məhsulların Avropa İttifaqı daxilində və Aİ ilə ticarət əlaqələri qurmaq arzusunda olan digər ticarət həmkarları ilə sərbəst ticarətini dəstəkləyir,

Standartlaşdırma üzrə Beynəlxalq və Avropa Təşkilatları öz standartlarını hərzaman yenilənmiş formada saxlamaq məqsədi güdürlər,bununla onlar daha geniş bazar tələblərinə bütünlüklə cavab vermələrini təmin etmiş olur və beləliklə hər zaman yenilənmiş təcrübə prinsipini qəbul etmiş olurlar.

 Azərbaycanın Standartlaşdırma üzrə Milli Qurumu kimi SMPDK Standartlaşdırma üzrə Beynəlxalq Təşkilatın (İSO) və Standartlaşdırma üzrə Beynəlxalq Qurumun (CEN) Azərbaycan üzrə üzvüdür. Belə təşkilatlara üzvlük SMPDK-ya onun sənaye və digər sahələr üzrə maraqlı tərəflərinə  Avropa və Beynəlxalq Standartların iclaslarında  təmsil olunmağa və Avropa habelə Beynəlxalq Standartları Azərbaycanda nəşr etdirməyə səlahiyyət verir.

Bu səfər SMPDK-ya standartların satışında  müasir yanaşmanın təminatı, prosedur və təcrübələrinin İSO və CEN üzvləri üçün müəyyən edilmiş tələblərə cavab verdiyinə təminat vermək məqsədi ilə həyata keçirilmiş çox saylı fəaliyyətlərin yekun hissəsidir.

Səfər Aİ-nın maliyyələşdirdiyi tvinniq proqramı çərçivəsində SMPDK ilə İngiltərə ( Britaniya Standartlar İnstitutu),Fransa( ADETEF/AFNOR) və Sloveniya( Keyfiyyət və Metrologiya üzrə Sloveniya İnstitutu) konsorsiumu vasitəsi ilə həyata keçirilmişdir. Bu layihənin məqsədi Avropa tələblərinə və ÜTT-nin Ticarətdə Texniki Maneələr (TTM) Haqqında Sazişinin tələblərinə uyğun gələn standartlaşdırma sisteminin işlənib hazırlanmasında SMPDK-ya dəstək olmaqdan ibarətdir.

·         Kommersiya cəhətdən əlverişli şərtlər əsasında ÜTT-yə üzv olma istiqamətində iş aparılması;

·         Standartlaşdırma,akkreditasiya,uyğunluğun qiymətləndirilməsi üzrə məsul qurumların potensialının gücləndirilməsi, onların Avropa və beynəlxalq strukturlar çərçivəsində mümkün dərəcədə inteqrasiya edilməsi ;

·         Texniki normalar,standartlar və uyğunluğun qiymətləndirilməsi sahəsində Aİ-nin və beynəlxalq hüquqi-inzibati təcrübələr istiqamətində fəaliyyət göstərmək;

·         Aşağı risk səviyyəli məhsulların icbari sertifikatlaşdırılmasının və təkrar sınaqdan keçirilmənin qarşısının alınması məqsədilə sənaye məhsulları üçün uyğunluğun qiymətləndirilməsi prosedurlarının sadələşdirilməsi.