TWINING logo

09 Oktyabr 2014 / Tvinninq xəbərləri

Məkan: SMPDK

Ekspertlər Dr Marina Eggert  və cənab David Norris 30 İyun 2014 cü-il tarixindən başlayan bir həftəlik səfərləri çərçivəsində  məcburi standartların texniki qaydalara çevrilməsi  üçün Milli Planın hazırlanması istiqamətində Azərbaycan Respublikasının Standartlaşdırma,Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları ilə işləmişlər.

Cənab Norrisin səfəri standartların satışı üzrə sistemin müasirləşdirilməsi,Azərbaycanda Beynəlxalq və Avropa Standartlarının istifadəsi üçün SMPDK –ya, eyni zamanda əlaqədar qurumlara  təcrübə və qaydaları müəyyən etməyə  yardımçı olmaq məqsədi ilə həyata keçiriləcək səfərlərdən üçüncüsüdür.Bu Azərbaycan şirkətlərinə Avropa ittifaqına və daha uzaq ölkələrə ixrac üçün yararlı məhsullar istehsal etməyə imkan verəcəkdir.

Dr Eggertin səfəri SMPDK-ya maraqlı tərəflərin müəyyənləşdirilərək cəlb olunmasına,habelə onların Texniki Komitələrdə fəal iştirakına, bu Texniki Komitələrin Beynəlxalq Standartların işini “güzgü kimi əks etdirməsinə”təminat verməsi və Azərbaycanın maraqları çərçivəsində Beynəlxalq və Avropa Standartlarının səs verməsində iştirak etmək və onları qəbul etmək iqtidarında olmasına  dəstək göstərmək məqsədi ilə komponentin bir hissəsi olaraq həyata keçirilmişdir.

Səfərlər Aİ-nın maliyyələşdirdiyi tvinniq proqramı çərçivəsində SMPDK ilə İngiltərə ( Britaniya Standartlar İnstitutu),Fransa( ADETEF/AFNOR) və Sloveniya( Keyfiyyət və Metrologiya üzrə Sloveniya İnstitutu) konsorsiumu vasitəsi ilə həyata keçirilmişdir.

Bu layihənin məqsədi Avropa tələblərinə və ÜTT-nin Ticarətdə Texniki Maneələr (TTM) Haqqında Sazişinin tələblərinə uyğun gələn standartlaşdırma sisteminin işlənib hazırlanmasında SMPDK-ya dəstək olmaqdan ibarətdir.

 

·  Kommersiya cəhətdən əlverişli şərtlər əsasında ÜTT-yə üzv olma istiqamətində iş aparılması;

·  Standartlaşdırma,akkreditasiya,uyğunluğun qiymətləndirilməsi üzrə məsul qurumların potensialının gücləndirilməsi, onların Avropa və beynəlxalq strukturlar çərçivəsində mümkün dərəcədə inteqrasiya edilməsi ;

·  Texniki normalar,standartlar və uyğunluğun qiymətləndirilməsi sahəsində Aİ-nin və beynəlxalq hüquqi-inzibati təcrübələr istiqamətində fəaliyyət göstərmək;

·  Aşağı risk səviyyəli məhsulların icbari sertifikatlaşdırılmasının və təkrar sınaqdan keçirilmənin qarşısının alınması məqsədilə sənaye məhsulları üçün uyğunluğun qiymətləndirilməsi prosedurlarının sadələşdirilməsi.

Layihənin digər komponentləri aşğıdakılar ilə əlaqədardır

1. Azərbaycan maraqlarının Beynəlxalq və Avropa standartlaşdırmalarında  koordinasiyası məqsədi ilə Texniki Komitələrin yaradılması və işləməsi;

2. Azərbaycanda maraqlı tərəflərin standartların məlumat bazasına girişini təkmilləşdirmək ,beləliklə istifadəçilərə zəruri olan müvafiq standartları müəyyənləşdirməyə imkan vermək;