TWINING logo

02 Mart 2016 / Tvinninq xəbərləri

Məkan: Holiday INN oteli

Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi” adlı Avropa Birliyinin Tvinninq layihəsinin açılış mərasimi 3 mart 2016-cı il tarixində, saat 10.00-da Bakı ş., K.Səfərəliyeva küç. 5 (“Port Baku”nun yaxınlığında) ünvanında yerləşən  “Holiday İnn Baku” otelinin 3-cü mərtəbəsindəki “Bakı” zalında keçiriləcəkdir.

Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi” Tvinninq layihəsi Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən layihədir və Aİ-nın Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən idarə edilir. Layihə Aİ-nın üzv dövlətlərindən Çex Metrologiya İnstitutu və Almaniyanın Fiziki-Texniki İnstitutunun (PTB) yaratdığı konsorsium və benefisiar ölkədən  Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən icra ediləcək.

Görüşdə SMPDK rəhbərliyi, Çex Respublikası və Almaniyanın Azərbaycan Respublikasındakı səfirləri, Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri, həmçinin benefisiar ölkə qurumlarının nümayəndələri və üzv dövlətlərin nümayəndələri iştirak edəcək.

Bu layihənin əsas məqsədi Komitə yanında Dövlət Metrologiya Xidmətinin etalon kalibrləmə laboratoriyalarının fəaliyyətinin beynəlxalq səviyyəyə uyğunlaşdırılması, metrologiya sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, Azərbaycan Respublikasında metrologiya infrastrukturunun beynəlxalq təcrübəyə uyğunlaşdırılması və bu məqsədlə müvafiq təlimlərin təşkil edilməsi və həyata keçirilməsindən ibarətdir.

Açılış mərasimində iştirakınızı təklif edirik.