21 Sentyabr tarixindən 3 Oktyabr tarixinədək Fransalı ekspert cənab Pascal Poupet Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Xidmətində işləyərək,Texniki Komitələrin idarəedilməsi və fəaliyyətlərinə dair tövsiyələr vermişdir.
Texniki Komitələr ölkənin Standartlaşdırma üzrə Milli Qurumuna ölkənin milli maraqları çərçivəsində standartların formalaşdırılması və qəbulunda əsas fəaliyyəti təmin edirlər.Standartlaşdırma işinə Beynəlxalq və Avropa yanaşması standartlara marağı olan bütün tərəflərin ( Hökumətdən,İşgüzar və Sosial səviyyələrdən) buraya cəlb olunmasını ,müvafiq olaraq iştirakını təşviq edir və standartların ölkənin geniş maraqları əsasında qəbul edildiyinə təmininat verir.
Səfəri müddətində cənab Poupet SMPDK -nın Texniki Komitələrinin iclas və müzakirələrində iştirak edərək,Azərbaycana öz maraqlarına uyğun şəkildə standartlaşdırmadan daha yaxşı istifadə etməsi yollarını müzakirə etmişdir.
Bu yüksək səviyyəli görüş müddətində iştirakçılar beynəlxalq və Avropa standartlarının ən son nailiyyətləri habelə tendensiyaları haqqında müzakirələr aparmış və sadalananların Azərbaycana verə biləcəyi imkanlardan söhbət açmışlar.
Fərdi standartlaşdırma konsorsiumlarının əsasən informasiya texnologiyaları sahəsində yaranması ilə əlaqədar olaraq,Dünya Ticarət Təşkilatının könüllü standartlaşdırma üzrə müvafiq prinsipləri ilə idarə olunan beynəlxalq standartlaşdırma təşkilatları belə innovasiyalı təşkilatları standart və proseslərin daxil etmək niyyətindədirlər.
İştirakçılar yeni trans atlantik azad ticarət razılaşmasının davam etməkdə olan danışıqlarının nəticəsi kimi bu yeni vəziyyətdən bəhs edən Avropa İttifaqının cari siyasətinə dair fikir mübadiləsi aparmışlar.
Beynəlxalq standartlaşdırmada Çinin Standartlaşdırma üzər Beynəlxalq Təşkilatın (İSO) quruluşu ilə uzlaşmada potensial yeni liderə çevrilməsi hadisəsi də nəzərdən keçirilmişdir.
Görüş Azərbaycanın standartlaşdırma üzrə milli qurumunun tam üzvü olduğu İSO-ya qlobal rəhbərlikdə göstərə biləcəyi dəstəyi istiqamətində tövsiyələrin verilməsi ilə yekunlaşdırılmışdır,
Səfər Aİ-nın maliyyələşdirdiyi tvinniq proqramı çərçivəsində SMPDK ilə İngiltərə ( Britaniya Standartlar İnstitutu),Fransa( ADETEF/AFNOR) və Sloveniya( Keyfiyyət və Metrologiya üzrə Sloveniya İnstitutu) konsorsiumu vasitəsi ilə həyata keçirilmişdir. Bu layihənin məqsədi Avropa tələblərinə və ÜTT-nin Ticarətdə Texniki Maneələr (TTM) Haqqında Sazişinin tələblərinə uyğun gələn standartlaşdırma sisteminin işlənib hazırlanmasında SMPDK-ya dəstək olmaqdan ibarətdir.